Boksçularımızın Qızıl kəmər seriyası çərçivəsində yarışda ilk rəqibləri müəyyənləşib
Mərakeşdə keçiriləcək boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinin püşkü atılıb.

Fevralın 2-də start götürəcək yarışda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.

Fevralın 10-dək davam edəcək turnirdə təmsilçilərimizdən ilk olaraq rinqə Nəbi İsgəndərov (67 kq) çıxacaq. O, səkkizdəbir finalda Atomani Baroufla (Komor adaları) qarşılaşacaq.

Püşkün nəticəsinə əsasən bu mərhələdə daha dörd boksçumuz mübarizəyə qoşulacaq.

Bu mərhələdə digər görüşlərdə Tayfur Əliyev (60 kq) – Kərim Abdul (Mali), Sərxan Əliyev (71 kq) – Sarohatua Lumbantobinq (İndoneziya), Murad Allahverdiyev (80 kq) – İmam Xatayevla (Rusiya) üz-üzə gələcək. Dörddəbir final mərhələsində Məsud Yusifzadə (51 kq) – Duqlas Trindade (Braziliya), Ümid Rüstəmov (57 kq) – Jan Kaysedo (Ekvador), Malik Həsənov (63,5 kq) – Qabil Məmmədov (Rusiya), Mirşərif Kazımzadə (75 kq) – David Mvenekabve (Konqo Demokratik Respublikası), Məhəmməd Abdullayevə (+92 kq) – Dieqo Lensi ilə (İtaliya) döyüşəcək. İkidəbir final mərhələsində isə Alfonso Dominqes (86 kq) – Roberrd Mayxel (İndoneziya)/Endi Lesmes (İspaniya) cütünün qalibi ilə gücünü sınayacaq.

Xəbər 271 dəfə oxundu.