Tellur Mütəllimov Premyer Liqada 150-ci, Amin Seydiyev isə 100-cü matçına çıxıb
“Sabah”ın futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Premyer Liqada yubiley oyunlarına çıxıblar. Bu, Misli Premyer Liqasının XX turunda baş verib. “Qəbələ” ilə səfər matçı (3:0) T.Mütəllimovun 150-ci, A.Seydiyevin 100-cü çempionat oyunu olub.

Onların hər ikisi vaxtilə formasını geyindikləri kluba qarşı görüşdə yubiley qeyd edib. İkinci hissədə meydana daxil olan T.Mütəllimov məhz A.Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb. Onların hesabında müvafiq olaraq 13 və 3 qol var.

İlk oyunu 2015/2016-cı il mövsümünə təsadüf edən T.Mütəllimov “Zirə”də 63 oyunda 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.

Debütü 2018/2019-cu il mövsümündə reallaşan A.Seydiyev “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 matçda 2 qola imza atıb.

Xəbər 247 dəfə oxundu.