Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
Futzal üzrə milli komandaların beynəlxalq reytinq cədvəli açıqlanıb.

Azərbaycan yığması 1384 xalla 14-cü pillədə qərarlaşıb. Baş məşqçi Joze Alesionun yetirmələri ötən reytinq cədvəlinə əsasən, mövqeyini qoruyub.

Qeyd edək ki, siyahıya Braziliya millisi başçılıq edir. Yığmanın aktivində 1794 xal var. İspaniya (1771 xal) və Portuqaliya (1751) ilk üçlüyü tamamlayıblar.

Xəbər 161 dəfə oxundu.