Novak Cokoviç ABŞ-da keçiriləcək “Masters” turnirlərində iştirak edə bilməyəcək
Karyerasında 10-cu dəfə “Australian Open” turnirinin qalibi olan Novak Cokoviç ardıcıl ikinci mövsüm İndian-Uells və Mayamidə keçiriləcək “Masters” turnirlərində iştirak edə bilməyəcək.

Buna tennisçinin vaksinasiya sertifikatını almaması səbəb olub.

ABŞ qanunlarına görə, koronavirus əleyhinə peyvənd olunmayanlar mayın 11-dək bu ölkəyə səfər edə bilməzlər. Buna baxmayaraq, serbiyalı raketka ustası “US Open”ə qatıla biləcək. Həmin turnir isə avqustun sonlarında keçiriləcək.

Xəbər 150 dəfə oxundu.