Bu gün daha üç güləşçimiz Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində mübarizəyə başlayacaq
Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində mübarizəyə başlayacaq.

Millimizin üzvü Osman Nurmaqomedov (92 kq) dörddəbir final mərhələsində ABŞ-dan olan Kollin Raymond Moore ilə üz-üzə gələcək. Maqomedxan Maqomedov (97 kq) təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, Georgi Meşvildişvili (125 kq) eyni raundda polşalı Robert Baranla görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

Xəbər 167 dəfə oxundu.