Misirin “Əl-Əhli” komandası klublararası dünya çempionatında növbəti mərhələyə yüksəlib
Misirin "Əl-Əhli" komandası klublararası dünya çempionatının ilk turunda Yeni Zelandiyanın "Ouklend Siti" klubu ilə qarşılaşıb.

Mərakeşin Tanjer şəhərində keçirilən görüş Afrika klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Misir klubunun heyətində Hüseyn Əl-Şakat, Mərvan Şerif və Persi Tau fərqləniblər.

İkinci turda “Əl-Əhli” ABŞ-ın “Sietl Saunders” klubu, Mərakeş “Vidad” komandası isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivi ilə qarşılaşacaq. Oyunlar fevralın 4-də keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qalibi “Real Madrid” və Braziliyanın “Flamenqo” klubları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar.

Xəbər 156 dəfə oxundu.