“Sabah” klubu “Qəbələ”ni üç cavabsız qolla məğlub edib
Bakının “Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında XX turunda “Qəbələ”ni məğlub edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Davit Volkov, Con İrasabal və Coy Lens Mikels vurublar.

Meydan sahiblərinin heyətində Ruan Renato 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarının sayını 49-a çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. İyirmi altı xala malik “Qəbələ” beşincidir.

Qeyd edək ki, tura bu gün keçirilən “Neftçi” – “Zirə” görüşü ilə yekun vurulacaq. Turun əvvəlki oyunlarında "Sumqayıt" klubu "Turan Tovuz"a 2:1, "Qarabağ" "Şamaxı"ya 3:1, "Səbail" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 234 dəfə oxundu.