Ümummilli Liderin 100 illiyinə həsr olunan beynəlxalq boks turnirinin vaxtı müəyyənləşib
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan yeniyetmə boksçular arasında beynəlxalq turnirin vaxtı müəyyənləşib.

2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək. Turnirin qaliblərinin adlarına aprelin 1-də aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycanda noyabr ayında təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi də bu günlərdə dəqiqləşəcək.

Xəbər 232 dəfə oxundu.