Bakı kartinq yarışının qalibləri bəlli olub
Yanvarın 31-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Bakı kartinq yarışı keçirilib.

Bakı Kartinq Mərkəzində (BKM) təşkil olunan yarışda 30-dan çox idmançı iki yaş – 16 yaşadək və 16 yaşdan yuxarı kateqoriyada mübarizə aparıb.

On altı yaşadək idmançıların yarışında bütün rəqiblərini qabaqlayan Kənan Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aişə Süleymanlı yarışı ikinci, Kemron Kuthil isə üçüncü pillədə başa vurub.

Hüseyn Hüseynov 16 yaşdan yuxarı kartinqçilərin yarışında birinci olub. Cəbi Ağayev və Vidadi Koçkarov ilk üçlükdə yer alıblar.

AAF-in dəstəyi ilə Bakı kartinq yarışının ikinci dəfə təşkil olunduğunu deyən BKM-in icraçı direktoru Vüqar Şirinov ölkəmizdə kartinqə böyük marağın olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərimiz idmanın bu növünə böyük həvəs göstərirlər. Ümumiyyətlə, Formula 1 yarışlarının ölkəmizdə təşkili avtoidman növlərinin Azərbaycanda inkişafına yeni imkanlar açır. Yetərincə potensiallı gənclərimiz var. Avtoidmanın respublikamızda böyük ənənələri olub.

Xəbər 237 dəfə oxundu.