Keylor Navas karyerasını İngiltərədə davam etdirəcək
Fransanın PSJ klubunun qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirəcək.

Kosta-Rika millisinin qolkiperi “Nottingem Forest”ə transfer olunub.

Otuz yeddi yaşlı futbolçunun transferinin təfərrüatları barədə hələlik məlumat verilməyib. İngiltərə təmsilçisi daha əvvəl Navası icarəyə götürməyi planlaşdırırdı. Lakin sonda tərəflər birdəfəlik transferdə ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, 2019-cu ildən PSJ-nin formasını geyinən Keylor Navas cari mövsüm cəmi 2 oyunda çərçivəni qoruyub.

Xəbər 270 dəfə oxundu.