Cüdoçumuz Kəramət Hüseynov Parisdə “Böyük dəbilqə” turnirində iştirak etməyəcək
Fevralın 4-5-də Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində yarışacaq millimizin heyətində dəyişiklik olub.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış etməli olan Kəramət Hüseynov zədələndiyi üçün millinin baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

K.Hüseynovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Xəbər 159 dəfə oxundu.