İsveçli idmançı Beynəlxalq Olimpiya Komitəsini prinsiplərinə sadiq qalmağa çağırıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) qarşıdakı turnirlərə rusiyalı idmançıların mütəmadi buraxılması ilə bağlı qərar qəbul etməyə hazırlaşır.

Məşhur isveçli xizəkçi Linn Svan belə olacağı halda yarışlara qatılmayacağını söyləyib.

O, Beynəlxalq Olimpiya Komitəsini prinsiplərinə sadiq qalmağa səsləyib. Svan rusiyalı idmançılarla eyni yarışda iştirak etmək fikrində olmadığını qeyd edib.

Ukrayna Olimpiya Komitəsi də BOK-un bəyanatına münasibət bildirib. Qurumun rəhbəri Vadim Qutsaytın sözlərinə görə, rusiyalı idmançılar beynəlxalq yarışlara buraxılacağı halda, Ukrayna 2024-cü ildə keçiriləcək Parisdəki Yay Olimpiya Oyunlarını boykot edəcək.

Xəbər 190 dəfə oxundu.