“Zirə” klubu Haiti millisinin kapitanını transfer edib
Bakının “Zirə” klubu haitili futbolçu Donald Geryenin transfer edib.

34 yaşlı yarımmüdafiəçi ilə yarım mövsüm +1 illik müqavilə imzalanıb.

Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla” (Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib. O, Azərbaycanda “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.

Xəbər 149 dəfə oxundu.