Dörd karateçimiz Premyer Liqada bürünc medal uğrunda görüşə çıxacaq
Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.

Turnirin ilk günü 4 idmançımız gücünü sınayıb. Belə ki, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) yanvarın 29-da bürünc medal uğrunda mübarizə aparacaqlar.

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.

Xəbər 287 dəfə oxundu.