Şəmkir və Sumqayıt gimnastları Bakıda hazırlıq prosesində iştirak edirlər
Şəmkir və Sumqayıtdan olan bədii gimnastlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər.

Milli Gimnastika Arenasındakı hazırlıq prosesinə 9 idmançı qatılıb.

Toplanışda gimnastlara təcrübəli mütəxəssislərin rəhbərliyi altında ümumi və fiziki hazırlıq, atlet texnikası üzrə məşqlər keçirilir.

Bundan əlavə, onların proqramlarının təkmilləşdirilməsinə də diqqət yetirilir.

Qeyd edək ki, Sumqayıt Olimpiya Kompleksində 2011-ci, Şəmkir Gənclər Evində isə 2019-cu ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.

Xəbər 282 dəfə oxundu.