Cavad Ağayev: Məqsədim gələn il keçiriləcək Yay Olimpiya Oyunlarında çempion olmaqdır
Ötən ilin avqust ayında Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirildi. Bu oyunların yalnız final döyüşündə Olimpiya çempionu, özbəkistanlı rəqibimə məğlub olaraq ikinci yeri tutdum. Kişilərin yarışında məndən başqa Həşim Məhəmmədov (58 kq) həmin turnirdə bürünc medala yiyələndi. Albaniyada sentyabrda təşkil olunmuş 21 yaşlılar arasında Avropa çempionatında ikinci yerə layiq görüldüm. Noyabrda Meksikanın Qvadalaxara şəhərindəki taekvondo üzrə böyüklər arasında dünya çempionatında isə Azərbaycan milli komandasının heyətində yer alaraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşdım.

Bunu açıqlamasında taekvondo üzrə dünya, Avropa çempionatının və İslam Oyunlarının mükafatçısı Cavad Ağayev (68 kq) ötən il keçirilmiş yarışlarda qazandığı nailiyyətlər barədə danışarkən söyləyib.

Xəbər 249 dəfə oxundu.