Azərbaycan Premyer Liqasında yeni ilin ilk matçı oynanılıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk matç oynanılıb.

Cari mövsümün 19-cu turunda “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Oyunda qolları “Kəpəz”in heyətində 18-ci dəqiqədə Ahmed Ayzaya və 42-ci dəqiqədə komandanın yeni transferi Martins Junior vurublar. Hər iki futbolçu penalti zərbəsini dəqiq yerinə yetirib.

“Qəbələ”də isə 63-cü dəqiqədə Ruan Renato, 79-cu dəqiqədə Ülvi İsgəndərov fərqləniblər.

Qeyd edək ki, bu nəticədən sonra “Kəpəz” 13 xalla turnir cədvəlində 7-cidir. “Qəbələ” isə 26 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər 221 dəfə oxundu.