Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti təyinat göndərib
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti təyinat göndərib.

Beynəlxalq dərəcəli referimiz Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının B qrupunda yer alan “Halkbank Ankara” (Türkiyə) və “Hebar Pazardzhik” (Bolqarıstan) klublarının 4-cü tur çərçivəsində keçiriləcək matçını idarə edəcək.

E.Zülfüqarov yanvarın 25-də Ankaranın “TVF SC Baskent Sports Salonu”nda təşkil olunacaq görüşdə baş hakim olaraq oyunu idarə edəcək. Qarşılaşmada ikinci hakim funksiyasını fransalı Çantal Kaiser yerinə yetirəcək.

Xəbər 207 dəfə oxundu.