“Çelsi”nin yeni transferi rekorda imza atıb
“Çelsi”nin yeni transferi Mixayl Mudrik rekorda imza atıb.

Ukraynalı futbolçu sonuncu oyunda qeydə alınan qaçış sürəti ilə mövsümün rekord göstəricisinə adını yazdırıb.

İyirmi iki yaşlı oyunçu İngiltərə Premyer Liqasının 21-ci turunda “Liverpul”a qarşı keçirdiyi matçda 36,63 kilometr/saat sürət göstəricisinə sahib olub.

Qeyd edək ki, Mudrik bu il 100 milyon avroya Ukraynanın “Şaxtyor” klubundan transfer olunub.

Xəbər 179 dəfə oxundu.