Rusiya Futbol Birliyinin nümayəndələri UEFA rəsmiləri ilə görüşəcəklər
Rusiya Futbol Birliyinin üzvləri İsveçrənin Nyon şəhərində UEFA nümayəndələri ilə görüşəcəklər.

Bu barədə Rusiya Futbol Birliyi məlumat yayıb.

UEFA İcraiyyə Komitəsinin iclası çərçivəsində keçiriləcək görüşdə qurumun sədri Maksim Mitrofanov, vitse-prezident Aleksandr Alaev və Rusiya Premyer Liqasının prezidenti Aleksandr Dyukov iştirak edəcəklər.

Görüşdə Ukraynadakı müharibə ilə əlaqədar UEFA-nın yarışlarından kənar qalmış Rusiyanın sözügedən turnirlərdə yenidən iştirakı məsələsi ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, UEFA və FIFA yarışlarından kənarda qalan Rusiyanın 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında da iştirak etməyəcəyi təsdiqlənib.

Xəbər 217 dəfə oxundu.