Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Çelenc kuboku yarışının oyununda hakimlərin işinə qiymət verəcək
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib.

Z.Gözəlbəyli 2023-cü ilin ilk təyinatı olaraq kişi voleybolçular arasında Çelenc kubokunun

yarışının dörddəbir final matçının supervayzeri təyin edilib.

Həmyerlimiz yanvarın 26-da Buxarest şəhərində keçiriləcək “Steaua Bucuresti” (Rumıniya) - “ Olympiacos Piraeus” (Yunanıstan) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri niderlandlı Mark Jan Vinstra və italiyalı Michele Brunelli olacaq.

Xəbər 271 dəfə oxundu.