Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Birinci dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Çempionatın ilk derbisi saat 12:00-da başlanacaq.

Üçüncü tura UNEC - “Abşeron” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər 328 dəfə oxundu.