“Yuventus” klubu yeni rekorda imza atıb
“Yuventus” klubu İtaliya kuboku yarışının dörddəbir final mərhələsinə yüksəlməklə yeni rekorda imza atıb.

Turin klubu buna səkkizdəbir finalda “Monza” üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub.

Ardıcıl 16-cı dəfə ölkə kuboku yarışında dörddəbir finala adlayan komanda bu baxımdan turnirin rekordçusudur. “Yuventus” sonuncu dəfə 2006/2007-ci il mövsümündə, İtaliya B seriyasında çıxış edərkən kubok yarışında səkkizdəbir final səddini aşa bilməyib.

Qeyd edək ki, “Yuventus” dörddəbir finalda “Latsio” ilə qarşılaşacaq. Oyun fevralın 1-də Romada keçiriləcək.

Xəbər 175 dəfə oxundu.