Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə diskvalifikasiya edilib
Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

"Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçala" komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, MOİK-in futbolçuları E.Mehtiyev və F.Əliyev cari mövsüm Azərbaycan kuboku yarışının səkkizdəbir final mərhələsində "Səbail"ə qarşı keçirilmiş oyunun (0:4) nəticəsini manipulyasiya ediblər.

Xəbər 216 dəfə oxundu.