“Neftçi” klubu “Srvena Zvezda”ya qarşı
Bakının “Neftçi” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Komanda “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Neftçi” bundan əvvəlki yoxlama matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

Komanda yanvarın 2-də Vətənə qayıdacaq.

Xəbər 224 dəfə oxundu.