Azərbaycan Premyer Liqası beynəlxalq reytinq cədvəlində 19 pillə irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı milli çempionatlarının illik reytinqini açıqlayıb.

80 liqanın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 41-ci pillədə qərarlaşıb.

Hesabında 349,25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.

Siyahıya Braziliya A seriyası başçılıq edir. Yüksək liqa 1181 xala malikdir. İngiltərə Premyer Liqası (1086) ikinci, İspaniya La Liqası isə üçüncü (967,5) sırada qərarlaşıb.

Xəbər 225 dəfə oxundu.