Nəriman Abbasov “Naiza Fighting Championship”də mübarizə aparacaq
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirəcək. Yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində mübarizə aparacaq.

29 yaşlı təmsilçimiz qazaxıstanlı Fanil Rafikovla görüşəcək. Bu döyüş martda baş tutacaq.

Yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi olan N.Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 27 qələbə var.

Otuz yaşlı F.Rafikov 27 döyüş keçirib. “Naiza”nın sabiq çempionu 21 dəfə qalib gəlib.

Xəbər 174 dəfə oxundu.