“Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dortmund təmsilçisi “Yunion Berlin”dən Julian Ryersonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Norveçli müdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Dortmund təmsilçisi bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, J.Ryerson bu mövsüm Bundesliqa klubunun heyətində 21 rəsmi matçda meydana çıxıb.

Xəbər 190 dəfə oxundu.