Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar
Azərbaycanın sumo güləşçiləri Macarıstanın Erd şəhərində keçirilən beynəlxalq kubok yarışında 13 medal qazanıblar.

Yarışda 7 idmançı ilə təmsil olunan milli komandamız 3 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıb.

Böyüklər arasında Camal Feyziyev 115 kiloqramdan dan yuxarı çəki dərəcəsində birinci, mütləq çəkidə üçüncü yeri tutub. Sadiq Ağamaliyev (115 kq) bürünc, mütləq çəkidə gümüş medala layiq görülüb. Xəyyam Abdullayev (70 kq) üçüncü yerlə kifayətlənib.
Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədzadə (85 kq) və Rüfət Hacıyev (65 kq) bürünc medal qazanıblar.
A.Şıxbabayev və R.Hacıyev yeniyetmələr kateqoriyasında turnirin qalibi, R.Bəxtiyarov və N.Məmmədzadə üçüncü olublar.

Xəbər 245 dəfə oxundu.