“Şamaxı” klubu Antalya toplanışını məğlubiyyətlə başa vurub
“Şamaxı” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.

Komanda Serbiyanın “Napredak” klubu ilə üz-üzə gəlib. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Şamaxı” ilk yoxlama oyununda Qazaxıstanın “Kaysar” klubu ilə qolsuz heç-heçə edib. Rumıniyanın “Botaşani” klubu ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.

Xəbər 160 dəfə oxundu.