“Kəpəz”dən Antalyada böyük hesablı qələbə
Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan Gəncənin “Kəpəz” klubu sonuncu yoxlama matçına çıxıb.

Gəncə təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb. Oyun “Kəpəz”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda Ahmed Ayzaya dubl edib, digər qolu isə Mate Kvirkviya vurub.

Qeyd edək ki, ilk yoxlama matçında Macarıstanın İkinci Liqa təmsilçisi “MTK Budapeşt”i 1:0 hesabı ilə məğlub edən baş məşqçi Tərlan Əhmədovun komandası ikinci oyunda Serbiyanın “Novi Pazar” klubu ilə qolsuz heç-heçə edib.

Xəbər 217 dəfə oxundu.