F-2: “Hitech Grand Prix” komandası yeni mövsüm üçün heyətini açıqlayıb | |
Formula 2 yarışında çıxış edən “Hitech Grand Prix” komandası yeni mövsüm üçün heyətini açıqlayıb. “Hitech Grand Prix” “Red Bull”un gənclər proqramının üzvləri – Ayzek Hacar və Cek Krouford ilə müqavilə imzalayıb. A.Hacar ötən mövsüm Formula 3-də 3 qələbə qazanıb və ümumi sıralamada dördüncü olub. C.Krouford da ötən mövsümü Formula 3-də keçirib. Bir qələbə qazanan pilot yarışı yeddinci pillədə başa vurub. Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 3-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 26-da Əbu-Dabidə yekun vurulacaq. Mövsümün dördüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək. |
|
Xəbər 155 dəfə oxundu. |
|
|