Xizəkçilərimiz Andorrada dünya kuboku yarışında mübarizə aparacaqlar
Azərbaycanın xizək alpinizmi üzrə idmançıları yanvarın 21-22-də Andorrada keçiriləcək dünya kuboku yarışında iştirak edəcəklər.

Yarışa hazırlıq məqsədilə idmançılarımız yanvarın 18-də qurumun və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə sözügedən ölkədə təşkil olunan təlim-məşq toplanışına yola düşüblər.

Onlar dünya kubokunda şaquli yürüş növü üzrə yarışlarda çıxış edəcəklər.

Qeyd edək ki, xizək alpinizmi üzrə yarışlara qatılan idmançılar Azərbaycandakı hazırlıq prosesini federasiya tərəfindən dəvət olunan əcnəbi mütəxəssislərin rəhbərliyi altında “Şahdağ” Turizm Mərkəzinin və Sport System şirkətinin dəstəyi ilə keçiblər.

Xəbər 200 dəfə oxundu.