Azərbaycan döyüşçüsü Rafael Fiziyevin UFC-də növbəti görüşünün vaxtı açıqlanıb
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevin UFC-də keçirəcəyi növbəti görüşün vaxtı açıqlanıb.

Təmsilçimiz martın 18-də İngiltərənin paytaxtı Londonda 286 nömrəli turnirində gücünü sınayacaq.

Turnirin əsas döyüşündə R.Fiziyevin rəqibi ABŞ idmançısı Castin Qeyci olacaq.

Qeyd edək ki, R.Fiziyev ötən il Rafael Dos Anosa qalib gəlib, C.Qeyci isə Çarlz Oliveyraya (hər ikisi Braziliya) uduzub.


Xəbər 283 dəfə oxundu.