“Kəpəz” Antalyada Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşacaq
Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan Gəncənin “Kəpəz” klubu bu gün sonuncu yoxlama matçında çıxacaq.

Gəncə təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ilk yoxlama matçında Macarıstanın İkinci Liqa təmsilçisi “MTK Budapeşt”i 1:0 hesabı ilə məğlub edən baş məşqçi Tərlan Əhmədovun komandası ikinci oyunda Serbiyanın “Novi Pazar” klubu ilə qolsuz heç-heçə edib.

Xəbər 184 dəfə oxundu.