“Vulverhempton” klubu PSJ-nin yarımmüdafiəçisini transfer edib
Fransanın PSJ klubunun yarımmüdafiəçisi Pablo Sarabiya karyerasını İngiltərədə davam etdirəcək.

Futbolçu “Vulverhempton” ilə 2,5 illik müqavilə imzalayıb.

Otuz yaşlı futbolçu yeni komandasında 21 nömrəli formada çıxış edəcək.

İspaniyalı futbolçu PSJ-nin heyətində cari mövsüm 19 oyuna çıxıb.

Xəbər 262 dəfə oxundu.