“Qarabağ” bu gün Antalyada iki yoxlama oyununa çıxacaq
Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu bu gün iki yoxlama oyunu keçirəcək.

Komanda əvvəlcə Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Ağdam təmsilçisi digər görüşdə isə Polşanın “Poqon” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Bu, “Qarabağ”ın Antalya toplanışında sonuncu sınaq matçı olacaq.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə uduzub.

Xəbər 171 dəfə oxundu.