“Kamp Nou Spotify”nin təmiri Türkiyə şirkətinə həvalə olunub
“Barselona” klubunun ev oyunlarını keçirdiyi “Kamp Nou Spotify” stadionunun təmiri Türkiyə şirkətinə həvalə olunub.

Kataloniya klubunun Direktorlar Şurasının iclasında “Limak Maraş” şirkətinin stadionunun təmiri üçün podratçı seçildiyi təsdiqlənib.

Arenada təmir-bərpa işlərinin gələn ilin iyununda başlanacağı və 2026-cı ilədək davam edəcəyi gözlənilir.

“Barselona” klubu stadionun yenidən qurulması üçün şirkətə 900 milyon avro ödəyəcək.

Xəbər 264 dəfə oxundu.