“Şamaxı” klubu Serbiyanın “Napredak” komandasına qarşı
“Şamaxı” klubu bu gün Antalya hazırlığı çərçivəsində sonuncu yoxlama matçına çıxacaq.

Komanda Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Şamaxı” ilk yoxlama oyununda Qazaxıstanın “Kaysar” klubu ilə qolsuz heç-heçə edib. Rumıniyanın “Botaşani” komandası ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.

Xəbər 237 dəfə oxundu.