“Sumqayıt” klubu Rusiyanın “Krılya Sovetov” komandasına məğlub olub
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu sonuncu yoxlama görüşünü keçirib.

Komanda Rusiyanın “Krılya Sovetov” klubu ilə qarşılaşıb.

Görüş Rusiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Beləliklə, Antalya toplanışını tamamlayan baş məşqçi Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiyanın “Radnik” klubunu 2:1 hesabı ilə məğlub edib.

Xəbər 172 dəfə oxundu.