Bakıda keçiriləcək dünya kuboku yarışında 16 ölkədən 63 gimnast iştirak edəcək
Azərbaycan Gimnastika Federasiyası (AGF) bu ilin fevralından yerli və beynəlxalq yarışlar mövsümünə start verir.

Fevralın 18-19-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışı keçiriləcək.

Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

Xəbər 186 dəfə oxundu.