Humay Qafarova: Naxçıvanda bədii gimnastika bölməsində 100-dək uşaq məşq edir
Naxçıvan Muxtar Respublikasında bədii gimnastika bölməsi 2014-cü ildən fəaliyyət göstərir. Hazırda məşqlərdə 3-11 yaş arası 100-ə yaxın uşaq iştirak edir. Dörd qrup şəklində olmaqla, hər gün məşqlərimiz olur.

Naxçıvan gimnastları ilə birgə ilk dəfə olaraq Bakıda bir həftəlik təlim-məşq toplanışında iştirak edirik. Bura gəlməyimizin məqsədi gimnastlarımızın hazırlıq səviyyəsinin artırmaq və qarşıdakı yarışlara daha ciddi hazırlaşmaqdır.

Bu sözləri Naxçıvan Muxtar Respublikasında gimnastika hamı üçün və bədii gimnastika növləri üzrə məşqçi Humay Qafarova deyib.

Azərbaycan Gimnastika Federasiyasına (AGF) minnətdarlığını bildirən H.Qafarova deyib ki, qurumun dəstəyi sayəsində işlərimiz daha planlı və daha rahat xarakter alıb. Bu amil sayəsində gimnastlarımız region mühitindən çıxaraq, ölkə miqyaslı fəaliyyət modeli ilə yaxından tanış olurlar. Gimnastlara göstərdikləri diqqətə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, AGF-in rəhbərliyinə və məşqçilərinə bir daha dərin minnətdarlığımı bildirirəm.

Xəbər 208 dəfə oxundu.