“Azərreyl” voleybol klubu Türkiyədə keçirilən beynəlxalq turnirdə 2-ci oyununu keçirib | |
Qadınlardan ibarət “Azərreyl” voleybol klubu Türkiyədə keçirilən beynəlxalq turnirdə 2-ci oyununu keçirib. Bakı təmsilçisi qonşu ölkədə Rumıniyanın “Tomis” klubu ilə görüşüb. Alessandro Çiappininin yetirmələri bu matçda çətinlik çəkmədən qalib gəliblər - 3:0 (25:14, 25:17, 25:21). İlk matçını “Bakırköy Bld Yaşılyurd”a 3:2 hesabı ilə qalib gələn voleyvolçularımız 2 qələbə ilə liderlik edir. Qeyd edək ki, son turda “Azərreyl”in rəqibi “Qalatasaray” olacaq. |
|
Xəbər 951 dəfə oxundu. |
|
|