Voleybol hakimimiz Eldar Zülfüqarov beynəlxalq təyinat alıb | |
Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov beynəlxalq təyinat alıb. O Türkiyədə qadın voleybolçulardan ibarət “Fənərbağça” və Almaniyanın “Ştutqart” komandaları arasında Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununu idarə edəcək. İstanbulda, Burhan Felek Voleybol Mərkəzində keçiriləcək oyunda E.Zülfüqarova rumıniyalı Paul Szabo-Aleksi kömək edəcək. Qeyd edək ki, qarşılaşma yanvarın 18-də keçiriləcək. |
|
Xəbər 213 dəfə oxundu. |
|
|