Həndbol üzrə millimizin “Avro-2026”nın təsnifat turnirində son sınağı
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununa çıxacaq.

Baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 15:00-da başlayacaq.

Digər oyunda isə Malta Böyük Britaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə uduzub.

Xəbər 425 dəfə oxundu.