“Azərreyl” klubu cari ildə ilk qələbəsini qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunu keçirilib.

Voleybol Mərkəzində təşkil edilən matçda “Azərreyl” və “Abşeron" klubları üz-üzə gəliblər.

İlin ilk matçı “Azərreyl”in üstünlüyü ilə başa çatıb. Baş məşqçi Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0.

Beləliklə, bu oyundan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” 6 xalla turnir cədvəlində birinci, “Murov” 3 xalla ikinci yerdə qərarlaşıb. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan "Murov" - UNEC qarşılaşması universitet təmsilçisinin əksər oyunçularının səhhətində problem yarandığı üçün təxirə salınıb.

Xəbər 293 dəfə oxundu.