Fransalı hücumçu Adama Diakabi “Qarabağ”da | |
Ağdamın “Qarabağ” futbol klubu Adama Diakabini heyətinə qatıb. Azərbaycan çempionu fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. Futbolçu Fransanın U-21 millisinin şərəfini qoruyub. İyirmi altı yaşlı hücumçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib. |
|
Xəbər 226 dəfə oxundu. |
|
|