“Səbail” – “Bohemians 1905” matçında qalib müəyyənləşməyib
Antalyada təlim-məşq toplanışında olan “Səbail” futbol klubu növbəti yoxlama matçına çıxıb.

Paytaxt təmsilçisi Çexiyanın "Bohemians 1905" komandası ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, baş məşqçi Şahin Diniyevin komandası Antalyadakı ilk yoxlama oyunundan Polşanın "Legiya" komandası ilə heç-heçə edib – 2:2.

Xəbər 161 dəfə oxundu.