Mərakeş millisi Afrika Millətlər Kubokunda iştirak etməyəcək
Mərakeş millisi fevralın 4-dək təşkil ediləcək Afrika Millətlər Kubokunda iştirak etməyəcək.

Bu barədə Mərakeş Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb iki ölkə arasında münasibətlərin gərgin olmasıdır. Belə ki, Əlcəzair hökuməti Mərakeş milli komandasının istifadə etdiyi “Royal Air Maroc” aviaşirkətinin ölkəyə uçmasına rəsmi icazə verməyib.

Qeyd edək ki, Mərakeş milli komandası dünya çempionatı tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.

Xəbər 180 dəfə oxundu.