“Sabah” klubu “Varta” ilə bərabərə qalıb
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Sabah” klubu ilk yoxlama oyununu keçirib.

Baş məşqçi Murad Musayevin komandası Polşanın “Vatra” (Poznan) klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı 42-ci dəqiqədə Bakı təmsilçisinin futbolçusu Aleksey Kaşuk açıb.

Qeyd edək ki, "Sabah" növbəti yoxlama oyununu yanvarın 18-də Serbiyanın “Voyvodina” klubuna qarşı keçirəcək.

Xəbər 178 dəfə oxundu.